İzyum atəşə tutuldu

İzyum atəşə tutuldu backend

Rusiyalılar Rostov vilayətindəki poliqondan “İskəndər-M” raketi ilə Xarkov vilayətindəki İzyuma hücum edib. 

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Xarkov Vilayət Prokurorluğuna istinadən xəbər verir.

“Prokurorlar əməliyyat vasitələri ilə müəyyən ediblər ki, İzyum şəhərinin mərkəzinə düşən “İsgəndər-M” ballistik raketi Rusiya Federasiyasının Rostov vilayətindəki hərbi poliqon ərazisindən buraxılıb”, - Xarkov vilayət prokurorluğunun silahlı münaqişə zamanı törədilmiş cinayətlərə qarşı mübarizə şöbəsinin rəisi Spartak Borisenko bildirib.

Onun sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları raket zərbəsi endirmək əmrini vermiş ali hərbi-siyasi komandanlığın və bu cinayətin bilavasitə icraçılarının müəyyən edilməsi üçün bütün tədbirləri görür.

QAZİLER.AZ

Diaspora