Ukrayna daha 150 vətəndaşını əsirlikdən geri qaytarıb - FOTO

Ukrayna daha 150 vətəndaşını əsirlikdən geri qaytarıb - FOTO backend

Ukrayna fevralın 5-də Rusiya əsirliyindən 150 vətəndaşını geri qaytarıb. Geri qaytarılanlar arasında əsgər, çavuş və zabitlər də var.

Qaziler.az RBC-Ukrayna bu barədə  prezident Vladimir Zelenskinin Telegram-na istinadən xəbər verir.

RBK-Ukrayna bildirib ki, Prezident Vladimir Zelenski heç bir izahat vermədən paylaşımını silib.

Zelenski yenidən yerli vaxtla saat 15:54-də mübadilə haqqında məlumatı yeniləyib. O,  yeni fotoları da nümayiş etdirib.

Zelenskinin sözlərinə görə, Mariupol və Zaporojya vilayətində əsir götürülən hərbi dəniz qüvvələrinin, hərbi hava qüvvələrinin, hava desant hücum və quru qoşunlarının, Milli Qvardiyanın hərbçilərini, sərhədçilərin, ərazi müdafiə qüvvələrinin və bir polis zabitinin geri qaytarılması mümkün olub.

"Onların hamısı cəbhənin müxtəlif istiqamətlərindəndir, lakin onları bir şey birləşdirir: Ukrayna uğrunda döyüşüblər", - Zelenski yazıb.

Onlardan bəziləri iki ildən çox əsirlikdə olublar.

"Və bu gün onlar və ailələri üçün illərlə gözləməkdən daha ağır bir gündür. Onları evdə, sağ-salamat, azad görmək əsl xoşbəxtlikdir", - prezident qeyd edib.

QAZİLER.AZ

 

Diaspora