Moskvada təqüdçüləri öldürən qatil tutuldu: O, kimdir və necə cəzalandırıldı - VİDEO

Moskvada təqüdçüləri öldürən qatil tutuldu: O, kimdir və necə cəzalandırıldı - VİDEO backend

Məhkəmə 2004-cü ildə Moskvanın şərqində iki təqaüdçünün qətli ilə bağlı cinayət işi üzrə Maksim Qrişenkonu ciddi rejimli cəzaçəkmə müəssisəsində 17 il müddətinə azadlıqdan məhrum edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə fevralın 5-də paytaxt prokurorluğu məlumat yayıb.

Məhkəmə 2004-cü ildə Moskvanın şərqində iki təqaüdçünün qətli ilə bağlı cinayət işi üzrə Maksim Qrişenkonu ciddi rejimli cəzaçəkmə müəssisəsində 17 il müddətinə azadlıqdan məhrum edib. 

Qeyd olunur ki, 2004-cü il iyunun 14-də şübhəli şəxs yaşlı qadının giriş qapısını bağlamadığını bildiyindən onun mənzilinə daxil olub və ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkmiş hadisə yerində ölüb, bundan sonra cinayətkar 200 min rublu oğurlayıb.

İlk qətldən 6 ay sonra Qrişenko özünü sosial işçi kimi təqdim edərək başqa bir yaşlı qadının mənzilinə daxil olub. Pulu tapa bilməyən kişi təqaüdçünü təhqir edib, sonra onu öldürüb.

QAZİLER.AZ

Diaspora