Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib - YENİLƏNİB

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib -  YENİLƏNİB backend

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib.

Apa-nın Tbilisi müxbiri xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.

Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar. Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.
Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.

***

11:48

Gürcüstan parlamentinin prosessual məsələlər komitəsi 49 müxalifət deputatının mandatlarına son verilməsini dəstəkləyib.

Apa-nın Tbilisi müxbiri xəbər verir ki, komitənin bugünkü sesiyasında “Birlik-Vahid Milli Hərəkat”, “Dəyişikli Koalisiyası” və “Güclü Gürcüstan” müxalif koalisiyalarının üzvlərinin parlament mandatlarının dayandırılması ilə bağlı bəyanatları nəzərdən keçirilib və imzaların həqiqiliyi təsdiqlənib.

Yekun siyasi qərarın parlamentin plenar sessiyasında qəbul ediləcəyi bildirilib.

Diaspora