Beynəlxalq aləmdəki son hadisələrlə bağlı Hakan Fidandan önəmli açıqlamalar - VİDEO

Beynəlxalq aləmdəki son hadisələrlə bağlı Hakan Fidandan önəmli açıqlamalar - VİDEO backend

Xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinin Redaktor Masası proqramında Türkiyənin xarici siyasət gündəmini və beynəlxalq aləmdəki son hadisələri dəyərləndirib.

Qaziler.az ahaber.com-a istinadən bildirir ki, MHP lideri Bahçelinin terrorsuz Türkiyə ilə bağlı açıqlamasına münasibət bildirən nazir Fidan “Əsl millətçilik Baxçalının göstərdiyi rəftardır” deyib və əlavə edib ki, Baxçalı risk götürüb və onun açıqlaması çox önəmlidir 

Hakan Fidan Türkiyənin terrorla mübarizə üçün heç kimdən icazə istəməyəcəyini də vurğulayıb: "Heç kimdən icazə gözləmirik. Bizim prioritetimiz terrorla hər cür mübarizə aparmaqdır".

"Şaraa ilə görüşdə YPG-nin necə dağılacağı müzakirə olunub. Münasibətlər sürət qazanacaq".

PKK/YPG məsələsində Şaraanın fikrinin çox aydın olduğunu vurğulayan Fidan qeyd edib ki,  bu aydınlıq Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyəcək səviyyədədir. Terrora qarşı birgə mübarizəmiz davam edəcək. Yeni Suriyada federativ düşüncə yoxdur.

Beynəlxalq aləmdəki son hadisələri dəyərləndirərkən türkiyəli nazir onu da qeyd edib ki, YPG ABŞ dəstəyi ilə ayaqda durur və bu dəstək dərhal kəsilməlidir.

QAZİLER.AZ

 

Diaspora