Türkiyənin Samsun şəhərində İstanbuldan Giresuna gedən sərnişin avtobusunun yük maşınına çırpılması ilə nəticələnən qəzada avtobus sürücüsü hadisə yerində ölüb,
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qəza nəticəsində 16 sərnişin yaralanıb.
Qəzada sərnişin avtobusunun sürücüsü Şahin Çayan hadisə yerində ölüb, avtobusda olan 16 sərnişin isə yaralanıb. Qəzanın ardından hadisə yerinə çox sayda təcili yardım, Region Trafik Nəzarət Şöbə Müdirliyi qrupları, jandarma, xilasetmə və AFAD qrupları gəlib. Yaralılar təcili yardımla Samsunda müxtəlif xəstəxanalara aparılıb.
Türkiyənin digər şəhərində də eyni gündə ağır yol qəzası olub. Antalyada sərnişin avtobusu uçurumdan yuvarlanıb. Qəza nəticəsində 33 nəfərin yaralandığı bildirilib.
Antalyadan Adıyamana yola düşən sərnişin avtobusu Zeytinada məhəlləsində sürücü idarəetməni itirdiyindən arxa aşıb.
Qəzada avtobus sürücüsü və 32 sərnişin yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları gəlib.
8-i uşaq olmaqla 33 yaralı Qazipaşa və Alanya xəstəxanalarına aparılıb.
QAZİLER.AZ