Türkiyə və Misir xarici işlər nazirlərinin birgə BƏYANATI

Türkiyə və Misir xarici işlər nazirlərinin birgə  BƏYANATI backend

Türkiyə-Misir Xarici İşlər Nazirlərinin Birgə Bəyannaməsində Fələstin xalqının öz torpaqlarından kənarda deportasiyası, köçürülməsi və ya təşviq edilməsi rədd edilib.

Türkiyə xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Bedr Abdulatinin Ankarada keçirdiyi birgə mətbuat konfransından sonra “Türkiyə-Misir xarici şlər Nazirlərinin Birgə Bəyannaməsi” açıqlanıb.

Birgə bəyanatda İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) roluna xələl gətirən qərarlarını ləğv etməsinin vacibliyi vurğulanıb.

Bəyanatda işğal olunmuş Fələstin ərazilərində fələstinli qaçqınların dəstəklənməsində əvəzsiz olaraq qalan UNRWA-nın rolunun qorunub saxlanmasının zəruriliyi qeyd olunub.

QAZİLER.AZ

Diaspora