Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını elan edib. İclas sabah baş tutacaq.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə o, axşam çıxışı zamanı bildirib.
Zelenski deyib ki, bu gün Ukrayna Ali Baş Komandanı Aleksandr Sırski ilə görüş keçirib. Söhbət ordunun modernləşdirilməsindən gedirdi.
Ukrayna prezident Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını da elan edib.
"Bu gün biz korpus komandirlərinin təyin edilməsi ilə bağlı yanaşmaları müzakirə etdik: bunlar ən yaxşı hazırlıqlı, ən perspektivli, döyüş təcrübəsi və müasir təfəkkürə malik zabitlər olmalıdır. Ordu müasir olmalıdır. Ən əsası isə insanlara dəyər verməkdir. Müvafiq qərarlar ictimaiyyətə açıqlanacaq. Və daha bir şey. Sabah üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının keçirilməsi nəzərdə tutulub", - Zelenski deyib.
QAZİLER.AZ