Rivne vilayətində iki terrorçu saxlanılıb

 Rivne vilayətində iki terrorçu saxlanılıb backend

Ukraynanın Rivne vilayətində təhlükəsizlik Xidmətinin əməkdaşları iki terrorçunu saxlayıb. Çox güman ki, onlar polis binasına partlayıcı keçirməyə cəhd ediblər.

Qaziler.az bildirir ki, bu barədə  UTX-nin Rivne vilayətindəki idarəsivə "Рівне Вечірнє"  məlumat yayıb. 

SBU-nun Rivne vilayəti üzrə İdarəsi bildirib ki, bölgədə genişmiqyaslı xüsusi əməliyyat keçirilib - iki terrorçu saxlanılıb və terror aktlarının qarşısı alınıb.

"Hazırda müvafiq istintaq və antiterror tədbirləri həyata keçirilir; biz tezliklə təfərrüatları təqdim edəcəyik", - Təhlükəsizlik Xidməti aydınlaşdırıb.

Öz növbəsində “Рівне Вечірнє” yazır ki, hücum edənlər partlayıcılarla Rovnadakı polis binasına girməyə cəhd ediblər. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

QAZİLER.AZ

Diaspora