SHOT Rusiyanın Tuapse şəhərində yaşayış binasında baş verən partlayış yerindən kadrları dərc edib.
Qaziler.az bildirir ki, SHOT Telegram kanalı Krasnodar vilayətinin Tuapse şəhərində ikimərtəbəli yaşayış binasında qaz partlayışı baş verən yerdə çəkilmiş kadrları dərc edib.
Videoda binada yanğının necə baş verdiyini görmək olar.
Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğınsöndürənlər yanğını söndürür. SHOT-un məlumatına görə, binanın ətrafı mühasirəyə alınıb,
16 nəfər yaşayış binasından təxliyyə olunub.
SHOT-un məlumatına görə, hadisə Qorki küçəsində baş verib. Müəlliflərin yazdığı kimi, bir nəfər yaralanıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa, kanalın qeyd etdiyi kimi, zərbə dalğası nəticəsində yaşayış binasının divarın bir hissəsi dağılıb.
QAZİLER.AZ