Fevralın 3-dən 10-dək Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında terrorçuların müəyyən edilməsi üzrə əməliyyat keçiriləcək.
Qaziler.az xəbər verir ki, “RİA Novosti” bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
“Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarının ərazisində “Sərhəd-sipər” kod adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.
İdarədən verilən məlumata görə, əməliyyat tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
QAZİLER.AZ