Şəhərə giriş-çıxış bağlandı, saxlanılanlar var

Şəhərə giriş-çıxış bağlandı, saxlanılanlar var backend

"Tbilisi Mall”da keçirilən aksiyada iştirakçılar Gürcüstan paytaxtından giriş-çıxışı qismən məhdudlaşdırıblar.

QAZİLER.AZ  Globalinfo.az-a istinadən  xəbər verir ki, aksiyada yüzə yaxın insan iştirak edib. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.

Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir.

Diaspora