“Ukrayna “qlobal, iyrənc və çirkin maraqlara” görə qurban verilib.
Qaziler.az “Haqqın” nəşrinə istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlamasında deyib.
Onun sözlərinə görə, 2022-ci ildə qərbli həmkarları Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ biləcəyini iddia ediblər.
“Üç il əvvəl onlar bizə məhz bu mətnlərlə gəlib deyirdilər ki, Ukrayna müharibədə qalib gəlir və biz şansı əldən verə bilmərik. Bizi ikinci cəbhəyə çağıranda bağlı qapılar arxasında belə dedilər”, - gürcü baş nazir deyib.
Kobaxidze əlavə edib ki, Gürcüstan Ukraynaya qarşı ehtiyatlı mövqe seçib. Siyasətçi hesab edir ki, bu taktika düzgün oldu.
QAZİLER.AZ