Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Görüşdə regional hadisələr və Suriyadakı vəziyyət müzakirə edilib.
Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Hakan Fidanın rusiyalı həmkarı Lavrov ilə keçirdiyi telefon danışığında regional inkişaflar və Suriyadakı vəziyyət müzakirə edilib.
Görüş zamanı hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb, siyasi keçid prosesinin əhatəli olmasının vacibliyi qeyd edilib.
QAZİLER.AZ