Suriyanın paytaxtında terror təşkilatı PKK/YPG-yə qarşı etiraz aksiyası keçirilib

Suriyanın paytaxtında terror təşkilatı PKK/YPG-yə qarşı etiraz aksiyası keçirilib backend

Terror təşkilatının işğal etdiyi torpaqlardan çəkilməsini istəyən suriyalılar Türkiyə ilə həmrəylik mesajı verib.

Qaziler.az bildirir ki, suriyalılar "TRT-Haber"in canlı yayımında hisslərini bölüşüblər.

Əməvilər meydanına minlərlə suriyalı toplaşıb.

Onlar terror təşkilatı PKK/YPG-nin Suriya ərazisini tərk etməsini istəyib.

Suriyalılar TRT-haber-in canlı yayımında terrora qarşı birlik mesajlarını veriblər.

Suriyalılar: "Terror təşkilatı PKK/YPG heç vaxt kürdləri təmsil etmir. Türklər və kürdlər bizim qardaşımızdır. Terror təşkilatının işğalını qəbul etmirik" deyib.

Suriyalılar yeni administrasiya ilə ölkələrində terrora yer olmadığını vurğulayıblar.

Suriya xalqı Rəcəb Tayyib Ərdoğanı və Əhməd Əl-Şaraanı çox sevdiklərini vurğulayaraq Türkiyəyə və Suriyanın terrorla mübarizəsinə dəstəklərini bir daha ifadə ediblər.

Rakka və Fərat çayının şərqini işğal edən terror təşkilatının Əsəd rejimi ilə eyni vəhşiliyi törətdiyini bildirən suriyalılar, Əsəd rejimi kimi PKK/YPG terrorunun da devrilməsi ilə sona çatacağına tam inanırlar. 

QAZİLER.AZ

Diaspora