Britaniya ukraynalı uşaqlar üçün viza qaydalarını sadələşdirib

Britaniya ukraynalı uşaqlar üçün viza qaydalarını sadələşdirib backend

Böyük Britaniya hökuməti ukraynalı uşaqların ölkəyə daxil olması üçün viza qaydalarını sadələşdirən sxemi yenidən işə salıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli İdarəetmə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yenilənmiş qaydalara əsasən, Ukrayna sxemlərindən hər hansı birində Böyük Britaniyada qalmaq icazəsi olan valideynlər və ya qanuni qəyyumlar "Ukrayna üçün evlər" proqramı çərçivəsində övladına sponsorluq etmək üçün müraciət edə bilərlər.

Valideynləri (və ya qanuni qəyyumlar) tərəfindən himayə olunan uşaqlar 18 ay ərzində Böyük Britaniyada qalmaq icazəsinə malik olacaqlar.

İdarədən əlavə ediblər ki, bu uşaqlar ölkə qanunvericiliyinə uyğun olaraq təhsil, səhiyyə, müavinət və işlə təmin olunacaqlar.

"Viza almaq üçün həm uşaq-ərizəçi, həm də sponsor ata "Ukrayna üçün evlər" proqramının bütün tələblərinə cavab verməlidir", - nazirlik qeyd edib.

Diaspora