Paşinyan: Sərhədlərin delimitasiyası prosesi 2024-cü ildə çox konkret xarakter alıb

Paşinyan: Sərhədlərin delimitasiyası prosesi 2024-cü ildə çox konkret xarakter alıb backend

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi 2024-cü ildə əslində çox konkret xarakter alıb.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"Sənəd dərc olunub. Biz hazırıq və səmimi şəkildə deməliyəm ki, delimitasiya prosesi 2024-cü ildə əslində çox konkret xarakter alıb. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Hər iki ölkə bu sənədi təsdiqləyib ki, bu da fundamental əhəmiyyət kəsb edir. Artıq razılıq var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Gürcüstan sərhədindən İran sərhədinə qədər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı işlərə diqqət yetirəcəklər", - o qeyd edib.

Diaspora