Türkiyədə 9 vilayətdə FETÖ əməliyyatı: 11 nəfər saxlanılıb

Türkiyədə 9 vilayətdə FETÖ əməliyyatı: 11 nəfər saxlanılıb backend

Mərkəzi İstanbul olmaqla 9 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.

Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, İstanbul polis idarəsi terrorla mübarizə şöbəsi qrupları, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyasında silahlı terror təşkilatı FETÖ-nün fəaliyyətini ifşa etmək üçün işlərini davam etdirib.

Qruplar öz işlərində məhkəmə və inzibati hakimlərin imtahanlarına hazırlaşmaq üçün FETÖ-nun iş evlərində qalan, təşkil olunmuş səfərlərdə iştirak edən, taksofonlardan aran, təşkilatın gizli ünsiyyət proqramı "ByLock"dan istifadə edən və sözdə idarəçilərlə əlaqə saxlayan şübhəliləri müəyyən edib.

İstanbul mərkəzli 9 ivilayətdə təyin olunan ünvanlarda eyni vaxtda əməliyyat keçirən qruplar, 11 şübhəlini yaxaladı.

Şübhəlilərdən 8-nin əvvəllər hakim və prokuror vəzifələrində çalışdığı, lakin sonradan istefa verərək vəkil olduğu öyrənilib.

Şübhəlilər polis bölməsinə aparılıb.

QAZİLER.AZ

Diaspora