Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor vəfat etdi backend

Türkiyəli aktyor Sezai Altekin 79 yaşında dünyasını dəyişib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Bodrum rayonunda yaşayan Altekin son mənzilinə Bodrum Gündoğanda yola salınacaq.

Aktyor, prodüser və rejissor Nedim Şaban bu barədə sosial media hesabından paylaşım edərək  Altekinin vəfatından kədərləndiyini ifadə edib. 

Unudulmaz cizgi filmi qəhrəmanları "Şirin Baba", "Bugs Bunny" və "Barni Moloztaş"a öz səsi ilə həyat verən Altekin 50 teatr tamaşasında, 6 filmdə, 20-yə yaxın serialda rol alıb.

Ustad aktyor 1946-cı ildə İstanbulda anadan olub. 1966-cı ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarına gələn sənətçi təqaüdə çıxana qədər vəzifəsini davam etdirib.

Altekin Duru Teatrının komandasına “Mənə Pikasso lazımdır” tamaşasında qonaq aktyor kimi qatılıb. Kanal D-də yayımlanan "Paşa Gönlüm" serialında "Paşa Dədə" obrazını canlandıran sənətçi "Tatar Ramazan" serialındakı Centlmen obrazı ilə də böyük rəğbət qazanıb.

Ustad aktyorun son çıxışı “Özgür Türkiyə"də filmində olub.

QAZİLER.AZ

Diaspora