Rusiya Baş Prokurorluğu deputatların müraciətindən sonra “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubays barəsində araşdırma aparacaq.
Qaziler.az bildirir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RİA Novosti-yə bildirib.
Çubaysın hazırda xaricdə yaşadığı məlum olub.
"Baş Prokurorluqdan cavab aldıq ki, məlumatımız qəbul edilib və araşdırma aparılır", - deyə o, bildirib.
Bundan əvvəl məlum olub ki, polis əməkdaşları “Rosnano” şirkətinin eks rəhbərinin keçmiş müavinlərini saxlayıblar. Onların vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilindiyi qeyd edilir.
QAZİLER.AZ