Türkiyə hökuməti Bolu vilayətində kurort otelində 80-ə yaxın insanın ölümü ilə nəticələnən yanğından sonra Antalyada ən azı 50 oteli bağlamaq qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 30-da Türkiyənin NTV telekanalı məlumat yayıb.
Ölkənin Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Sahibkarlıq Departamenti nazirliyin nazir müavini Nadir Alpaslanın imzası ilə təcili məktub göndərib.
“Bura qanunvericiliklə müəyyən edilmiş müddətdə sahibkarlıq fəaliyyəti və ya fəaliyyət lisenziyası olmayan, turizm fəaliyyəti haqqında şəhadətnamə almayan bütün qeydiyyata alınmamış obyektlərin möhürlənməsi tələbi var. Antalyada yoxlamalardan sonra bələdiyyə qrupları Kaleiçi məhəlləsi və onun ətrafında 50 oteli möhürləyib”, - nəşr yazır.
QAZİLER.AZ