Etirazçılar fevralın 2-də "Tbilisi Mall"da yolu bağlayacaqlar

Etirazçılar fevralın 2-də "Tbilisi Mall"da yolu bağlayacaqlar backend

Etirazçılar fevralın 2-də "Tbilisi Mall" yaxınlığındakı yolu bağlamağı planlaşdırır.

Qaziler.az qruziya-onlayn"a istinadən bildirir ki, aksiyanın elanı "Daitove" qrupunda dərc olunub. Etirazçıların tələbləri dəyişməz olaraq qalır: siyasi məhbuslara azadlıq və yeni parlament seçkiləri.

“Rejim bir daha hiss etməlidir ki, etiraz aksiyası genişlənir və aktivləşir! Hər kəsi "Tbilisi Mall"da gözləyirik”, - deyə elanda bildirilir.

Tbilisi Mall Tbilisinin kənarında, etirazçıların bağlamağı planlaşdırdığı yolda yerləşir, etirazçıların bağlamağı planlaşdırdıqları yol Gürcüstanın müxtəlif bölgələrinə getmək üçün istifadə oluna bilər.

QAZİLER.AZ

 

Diaspora