Suriyanın şimalında "barış pınarı" bölgəsində təsbit edilən 14 PKK / YPG terrorçuları zərərsizləşdirildi.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində 14 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Barış pınar"ı bölgəsində aşkar etdiyi 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz terrorçular bu coğrafiyadan yox olana qədər qətiyyətlə və qərarlılıqla davam edəcək". açıqlamalar verildi.
QAZİLER.AZ