Rusiya bu gün, yanvarın 28-də Nikolayevə hücum edib. Özəl müəssisəyə dron hücumu olub.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Nikolayevin meri Aleksandr SenkeviçTelegram-da xəbər verir.
"Rusiya Nikolayevi vurdu. Şəxsi müəssisəyə zərbə endirilib. Biz bunun üzərində işləyirik", - Senkeviç yazıb.
Yeri gəlmişkən, bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri müvəqqəti işğal olunmuş Krım ərazisindən ballistik raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq etmişdi.
QAZİLER.AZ