Moskva vilayətində yaşayan azərbaycanlılar özlərinə yeni sədr seçdi - FOTO

Moskva vilayətində yaşayan azərbaycanlılar özlərinə yeni sədr seçdi - FOTO backend

Rusiyanın Moskva vilayəti "Lyubertsı Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyəti" təşkilatına yeni sədr seçilib.

Bu barədə Qaziler.az-a təşkilatın sədr müavini Nicat İlyasov bildirib.

N.İlyasov bildirib ki, birliyin sədri Saleh Qurbanov keçən ilin dekabrında rəhmətə gedib. 

"Təşkilat üzvləri olaraq bir neçə gün əvvəl yeni sədr seçdik. Səs çoxluğu ilə Aydın Səfərov sədr seçilib. 
Müavinlər Abdullayev Aslan  1ci müavin, Ələsgərov Rəhim  gənclər və idman məsələləri üzrə müavin, Mədətov Şahin  maliyyə məsələri üzrə müavin, Bayramov Əhməd təşkilatı məsələr üzrə müavin, İlyasov Nicat ictimaiyyətlə ələqalər üzrə müavin seçilib", Nicat İlyasov bildirib.

Xatırladaq ki, 2013-cü ildə Moskva vilayətinin Lyubertsı şəhəri Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyəti yaradılıb.  MNKAA-nın əsas fəaliyyəti Azərbaycan və rus xalqlarının həyatında dövlət, mədəni, tarixi hadisələrin qeyd olunmasına həsr olunmuş təntənəli tədbirlərin keçirilməsindən ibarətdir. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş öz Nizamnaməsinə malik müstəqil təşkilatdır və bütün maraqlı təşkilatlar, qurumlar və şəxslərlə əməkdaşlığa açıqdır.

N.İlyasov qeyd edib ki, təşkilatın əsas məqsədi Rusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığa öz töhvəsini verməkdir.

QAZİLER.AZ

 Aydın Səfərov

QAZİLER.AZ

Diaspora