Türkiyənin Diyarbakır bölgəsinin Lice rayonunun çöl ərazisində terror təşkilatı PKK-ya aid basdırılmış silah və sursatlar ələ keçirilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Vilayət jandarma komandirliyi və Lice rayon jandarma komandirliyi tərəfindən aparılan araşdırmalarda rayonun Dibek Məhəlləsi çöl sahəsində basdırılmış silah və sursat olduğu öyrənilib.
Müəyyən edilmiş bölgədə həyata keçirilən əməliyyatda separatçı terror təşkilatına məxsus 2 "Kalaşnikov" piyada tüfəngi və bu silahlardan 2 maqazin, 700 Bixi pulemyotunun patronu, 17 cüt ayaqqabı, 17 maqazin, 3 bandol və əl çantası götürülüb.
QAZİLER.AZ