Ərdoğan 29 yüksək vəzifəli məmuru vəzifədən azad edib

Ərdoğan 29 yüksək vəzifəli məmuru vəzifədən azad edib backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

QAZİLER.AZ  Milli.Az-a istinadən xəbər verir ki, qərara əsasən, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində 29 yüksək səviyyəli rəhbər vəzifəsindən azad edilib. Eyni zamanda, nazirlikdə ümumilikdə 70 yeni təyinat həyata keçirilib.

Qərara əsasən, Nuri Kaya Bakkalbaşı Türkiyənin Nikaraquadakı səfiri təyin edilib. Dövlət Opera və Baleti Baş direktorunun müavini Arzu Kalkan vəzifəsindən azad olunub. Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar gerçəkləşib - Betül Kiminsu Kitabxanalar və Nəşrlər Baş direktorunun müavini, Cennet Ceylan isə Mədəni İrs və Muzeylər Baş direktorunun müavini təyin edilib.

Diaspora