Halit Ergenç və xanımı prokurorluğa çağırıldı

Halit Ergenç və xanımı prokurorluğa çağırıldı backend

Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı şirkətində çalışan aktyorları etiraz aksiyalarına yönəltdiyi iddiası ilə saxlanılıb.

QAZİLER.AZ. Lent.az-a istinadən xəbər verir ki, Barım “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhddə və ya öz vəzifələrini yerinə yetirməsinə mane olmaqda” ittiham olunur. Barımın şirkəti ilə əməkdaşlıq edən aktyorların sözügedən etirazlara qoşulub-qoşulmadığı araşdırılır.

Məlumatada bildirilir ki, aktyorlar Halit Ergenç və xanımı Bergüzar Korel, Dolunay Soysert, Mehmet Günsür və Rza Kocaoğlu da dindirilmək üçün prokurorluğa çağırılıblar.

Diaspora