“Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib”.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.
Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.
Bildirilib ki, bölgəyə Konyanın AFAD qrupları, yanğınsöndürmə və 112 təcili-tibbi müdaxilə heyətləri olmaqla, ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib. Axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında qalanların olduğu bildirilir.