İstanbuldan Moskvaya uçan təyyarə Həştərxanda məcburi eniş edib.
Qaziler.az bildirir ki, bu barədə “Baza” teleqram kanalı xəbər verib.
Məlumatda qeyd olunub ki, İstanbul-Moskva reysini həyata keçirən təyyarədə olan bütün sərnişinlər hava limanının terminalına təxliyə edilib. Təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarədə nasazlıq olub.
“Saat 18:45-də sərnişinlərə Həştərxanda planlaşdırılmamış enişin zəruriliyi barədə məlumat verilib. Qeyd olunur ki, sərnişinləri paytaxta çatdırmaq üçün Moskvadan daha bir reysin saat 2-də gəlməsi planlaşdırılır”, - məlumatda bildirilib.
QAZİLER.AZ