Yanvarın 27-si Aİ xarici işlər nazirlərinin görüşü zamanı Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması müzakirə ediləcək.
Apa-nın verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Aİ sanksiyaların yumşaldılması məsələsində "yol xəritəsi" təklif edir. Kallasın sözlərinə görə, Aİ tərəfindən bu istiqamətdə ilk qərarlar yanvarın 27-də veriləcək.