Dadını bəyənmədiyi kotletə görə 87 yaşlı arvadını stulla vurdu

Dadını bəyənmədiyi kotletə görə 87 yaşlı arvadını stulla vurdu backend

Moskvada təqaüdçü 2024-cü ildə evliliyinin 60 illiyi münasibətilə brilyant toy ildönümünü qeyd etdiyi arvadını stul ilə döyüb.

Qaziler.az bildirir ki, bu barədə Baza Telegram-da yazır.

Nəşrin məlumatına görə, münaqişə  şam yeməyi zamanı baş verib. Kişi 87 yaşlı arvadının bişirdiyi kotletləri bəyənmədiyinə görə qəzəblənib və qadının yemək bişirməyi hələ də  öyrənmədidiyini bildirib. Buna cavab olaraq rusiyalı qadın özünü müdafiə eməyə çalışsa da, təqaüdçü daha da əsəbiləşib, stulu götürərək arvadını döyüb.

Nəticədə zərərçəkmiş mənzildən qaçaraq qonşuların evinə sığına bilib. Ertəsi gün kişi evdən çıxanda yaşlı qadın sənədləri almaq üçün mənziilinə gedib. Bundan sonra o, Botkin xəstəxanasına yerləşdirildiyi klinikaya yollanıb. Həkimlər təqaüdçüyə iki qabırğasının sınığı, pnevmotoraks   və bütün bədəndə çoxsaylı qançırlar diaqnozu qoyublar.

 Rusiyalı qadın polisə şikayət verməkdən imtina edib.

QAZİLER.AZ

Diaspora