Lukaşenko daha 15 məhkumu əfv edib

Lukaşenko daha 15 məhkumu əfv edib backend

Belarus prezidenti Aleksandr Lukaşenko 15 məhkumu əfv edib.

Qaziler.az bildirir ki, bu barədə cümə günü, yanvarın 24-də dövlət başçısının mətbuat xidmətinə istinadən BELTA məlumat yayıb.

Ekstremist cinayətlərə görə cəza çəkənlərdən səkkiz nəfər əfv edilib: üç kişi və beş qadın (onlardan biri hamilədir).

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə üçü qadın olmaqla 7 nəfər əfv edilib. Onlardan 6-sı azyaşlı ikən cinayət törədib, bir yetkin məhkum isə xərçəng xəstəliyindən əziyyət çəkir.

"Hər bir əfv mərhəmət aktıdır, normal həyata qayıtmaq və cəmiyyətin qanuna tabe olan üzvü olmaq şansıdır", - mətbuat xidməti bildirir.

QAZİLER.AZ

Diaspora