Rusiyanın Krasnodar şəhərində dövlətə xəyanətdə şübhəli bilinən pilot saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 24-də Federal Təhlükəsizlik Xidmətinin (FTX) region üzrə İdarəsi məlumat yayıb.
Saxlanılan şəxsin 1968-ci il təvəllüdlü təyyarə komandiri olduğu bildirilir.
Müəyyən edilib ki, o, müstəqil olaraq Ukrayna Silahlı Qüvvələrini (USQ) maliyyələşdirmək üçün vəsait toplayan könüllü ilə əlaqə saxlayıb. Daha sonra həmin şəxs vəsaitlərin köçürülməsi üçün Ukrayna tərəfdən lazımi göstərişlər alıb və bunu elektron pul və kriptovalyuta mübadiləsi xidmətindən istifadə edərək həyata keçirib.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Krasnodar diyarı üzrə İstintaq İdarəsi saxlanılan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ("Dövlətə xəyanət") maddəsi ilə cinayət işi açıb.
QAZİLER.AZ