Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Yunanıstan və Kiprdəki yeni səfirlərini təyin edib.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
Dövlət başçısının sərəncamları ilə: Sultanqojin Timur Şamileviç Qazaxıstan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Məlumatda deyilir ki, Nikolay Vladimiroviç Jumakanov Qazaxıstan Respublikasının Kipr Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl Akorda iqamətgahında doqquz dövlətin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini Qazaxıstan prezidentinə təqdimetmə mərasimi olub.
QAZİLER.AZ