Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Estoniyanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “İmedi” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bütün Baltikyanı ölkələr Gürcüstana qarşı düşmənçilik əlamətlərini göstərir.
“Əslində bu, ölkəmizin daxili siyasətinə müdaxilədir. Gürcüstanın mübarizə və qan yolu ilə əldə etdiyi suverenlik postsovet liderlərinə o qədər də asanlıqla verilməyəcək”, - Papuaşvili qeyd edib.
QAZİLER.AZ