Qonşu ölkənin məktəblərində qotur xəstəliyi yayılıb

Qonşu ölkənin məktəblərində  qotur xəstəliyi yayılıb backend

Rusiyanın Omsk şəhərində qoturun yayılması ilə əlaqədar bir neçə sinif müvəqqəti olaraq distant təhsilə keçirilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Om1.ru” məlumat yayıb və məlumatı Rospotrebnadzorun regional idarəsi təsdiqləyib.

Medianın məlumatına görə, üç sinif karantinə göndərilib. Eyni zamanda, binada təhsilini davam etdirən uşaqların valideynləri binaların tam dezinfeksiyasının hələ də aparılmamasından narahatdırlar. Uşağı həmin müəssisədə oxuyan Omsk sakinlərindən birinin sözlərinə görə, qonşu məktəbin təmiri ilə əlaqədar binada çox uşaq təhsil alır ki, bu da onun fikrincə, xəstəliyin yayılmasına səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora