Tbilisidə Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, binanın yaxınlığında 1000-dən çox insan toplaşıb. Etirazçılar yolun hərəkət hissəsində toplaşıblar və nəticədə Rustaveli prospektində nəqliyyatın hərəkəti iflic olub.
Etiraz aksiyası dinc şəraitdə keçirilir. İştirakçılar arasında bir neçə müxalifət nümayəndəsi də diqqət çəkib.
Xatırlada ki, Gürcüstanda ilk etiraz dalğası ötən il oktyabrın 26-da hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb.
QAZİLER.AZ