Rusiya "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Sumi şəhərinin yaşayış məntəqəsinə zərbələr endiriblər. Nəticədə ondan çox fərdi yaşayış binasına ziyan dəyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) Telegram kanalına istinadən məlumat yayıb.
Hücum nəticəsində 3 nəfər xəsarət alıb və kəskin stress reaksiyaları yaranıb. Onlara xəstəxanaya yerləşdirilmədən tibbi yardım göstərilib.
"İkimərtəbəli fərdi yaşayış binasının sonuncu mərtəbəsi qismən dağılıb, yanğın baş verib. Xilasedicilər yanğını söndürüb və əraziyə baxış keçiriblər", - Daxili İşlər Nazirliyindən bildirilib.
İlkin məlumata görə, 13 fərdi yaşayış binasına ziyan dəyib.
QAZİLER.AZ