İranın Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb, hər iki pilot sağdır.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 22-də İranın YJC xəbər agentliyi məlumat yayıb.
Qəzanın əyalətin şimalında, Kabudrahang rayonunda baş verdiyi bildirilir. Hərbi təyyarədə yüngül xəsarət alan iki pilot olub. Onlar xəstəxanaya aparılıb.
Qəzanın səbəbi məlum deyil.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ