Rusiyanın Novosibirsk vilayətinin Koçkovski rayonunda baş verən ağır yol qəzasında 7 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 22-də vilayət prokurorluğu məlumat yayıb.
Hadisənin K-17R avtomobil yolunun 200-cü km-də baş verdiyi dəqiqləşdirilir. "Ford Transit"in sürücüsü "Volkswagen" markalı mikroavtobusla toqquşub.
“Bir müddət sonra Koçki kəndindən Novotselinnoye kəndi istiqamətində hərəkətdə olan “QAZ-3110” markalı avtomobilin sürücüsü çətin hava şəraitində ilk qəza yerində dayanmış təcili tibbi yardım maşını ilə toqquşub”, - deyə idarənin Teleqram kanalı məlumat yayıb. bildirildi.
Prokurorluqdan verilən məlumata görə, mikroavtobusun 6 sərnişini və QAZ-3110 markalı avtomobildən olan 1 nəfər tibbi yardım üçün xəstəxanaya aparılıb.
QAZİLER.AZ