İraqda uşaq nikahı qanuniləşib

İraqda uşaq nikahı qanuniləşib backend

İraq parlamenti uşaq nikahına faktiki icazə verən şəxsi status qanununa düzəlişlər qəbul edib.

Qaziler.az bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Son vaxtlara qədər İraqda evlənmək üçün minimum yaş həddi 18 idi, lakin düzəlişlər İslam məhkəmələrinə daha böyük səlahiyyətlər verir. 

İndi islam din xadimləri müsəlman hüquq normalarına əsaslanaraq müstəqil şəkildə nikah yaşını müəyyən edə bilirlər ki, bu da digər məsələlərlə yanaşı, İraqda bir çoxlarının etiqad etdiyi Cəfəri məzhəbinə uyğun olaraq qızların 9 yaşından ərə verilməsinə icazə verir.

QAZİLER.AZ

Diaspora