Aİ və Mərkəzi Asiya ölkələrinin sammiti 2025-ci ilin aprelində Səmərqənddə keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyi xəbər verir.
Sammitə hazırlıq mövzusunu Özbəkistan prezidentinin köməkçisi Səidə Mirziyoyeva və Aİ-nin respublikadakı səfiri Toivo Klaar müzakirə ediblər.
"Cənab Klaar qadınların hüquqi müdafiəsinə və onların iqtisadi imkanlarının genişləndirilməsinə yönəlmiş islahatlarımızı dəstəkləməyə sadiq olduğunu bildirdi. O, həmçinin qeyd edib ki, Özbəkistan öz zəngin tarixinə diqqətlə yanaşır və bu, həmişə qürur mənbəyi olmalı və ölkənin milli kimliyinin möhkəmlənməsinə töhfə verməlidir", - deyə Səidə Mirziyoyeva öz Telegram kanalında yazıb.
Xatırladaq ki, bir müddət əvvəl Özbəkistan Daşkənddə MDB-nin regional forumunun keçirilməsini təklif etmişdi.
QAZİLER.AZ