43 əyalətdə 240 terror şübhəlisi tutuldu

43 əyalətdə 240 terror şübhəlisi tutuldu backend

Türkiyənin 43 vilayətində PKK/KCK-ya qarşı son 2 həftədir davam edən "GÜRZ-39" və "GÜRZ-40" əməliyyatlarında 240 şübhəli yaxalanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından 43 vilayətdə PKK/KCK-ya qarşı son 2 həftədir davam edən "GÜRZ-39" və "GÜRZ-40" əməliyyatlarında 240 şübhəli terror təşkilatı üzvünün tutulduğunu açıqlayıb.

Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada polis və jandarma tərəfindən həyata keçirilən "Gürz-39" və "Gürz-40" əməliyyatları ilə bağlı məlumat verib.

“Terrorsuz Türkiyə məqsədimizə çatmaq, millətimizin sülh, birlik və həmrəyliyini təmin etmək üçün bu torpaqlardan terrorun hər növünü məhv etmək əzmindəyik”.

Türkiyəli nazir son iki həftədə Ankara, İstanbul və İzmir də daxil olmaqla 43 vilayətdə PKK/KCK-ya qarşı həyata keçirilən əməliyyatlarda 240 şübhəli terror təşkilatının üzvü olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora