Mərkəzi və Şərqi Avropada peşəkar fəaliyyət göstərən rusiyalı jurnalist Leonid Sviridov vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 21-də RİA Novosti agentliyi məlumat yayıb.
Sviridovun 60 yaşında dünyasını dəyişdiyi bildirilir. Onun ölüm səbəbi həkimlər tərəfindən müəyyən edilir.
Sviridov 2003-cü ildən Polşada işləyir. 2015-ci ildə Polşa hakimiyyəti Leonidin aktiv jurnalist fəaliyyətinə görə onun Avropa İttifaqında (Aİ) uzunmüddətli yaşama icazəsini ləğv edib.
QAZİLER.AZ