Rusiyanın müdafiə naziri Andrey Belousov Özbəkistana rəsmi səfərə gedib, o, respublikanın hərbi-siyasi liderləri ilə görüşəcək.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 21-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya hərbi idarəsinin rəisi Daşkəndə səfəri çərçivəsində Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Şuxrat Xalmuxəmmədov, eləcə də ölkənin hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacaq”, - idarənin məlumatında deyilir.
Rusiyalı nazir danışıqlar zamanı Mərkəzi Asiya regionunda təhlükəsizlik məsələlərini və Moskva ilə Daşkənd arasında hərbi-texniki tərəfdaşlığı müzakirə etməyi planlaşdırır.
QAZİLER.AZ