Zelenski Ukraynanın sülh yolunda strategiyasını açıqlayıb

Zelenski Ukraynanın sülh yolunda strategiyasını açıqlayıb backend

Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatiyaya yaxınlaşmaq istəyir. Amma sual olunur ki, bu hansı diplomatiya olacaq?

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna prezidenti Vladimir Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışına istinadən məlumat yayıb.

"Strategiya - biz müharibənin sonuna aparacaq istənilən diplomatiyaya yaxınlaşmalıyıq, buna əminəm. Məsələ bunun nə olacağıdır", - Zelenski qeyd edib.

O qeyd edib ki, diplomatiya güclü olarsa, danışıqlar nəticəsində Ukrayna Rusiya diktatoru Vladimir Putinin təkrar hücumunu qeyri-mümkün edəcək güclü təhlükəsizlik zəmanəti alacaq. Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, zəif təhlükəsizlik təminatları, qeyri-müəyyənlik və yalnız sözlər olarsa, “o zaman Rusiyanın ancaq sözü olacaq, müharibə ilə qayıdacaq”.

QAZİLER.AZ

Diaspora