Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.
Yanğının səbəbi hələ ki məlum deyil.