Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
QAZÍLER.AZ Musavat.com-a istinaden xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.
“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, - o bildirib.
Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.
Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: “Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.