ABŞ-dan gələn mesajlardan sonra Sankt-Peterburqda 755 nəfər təxliyə edilib

ABŞ-dan gələn mesajlardan sonra Sankt-Peterburqda 755 nəfər təxliyə edilib backend

Sankt-Peterburqda ABŞ-dan gələn minalarla bağlı yalan zənglərdən sonra 1000-ə yaxın insan təxliyə edilib.

Sankt-Peterburqda binaların minalanması ilə bağlı ABŞ-dan gələn mesajlardan sonra 755 nəfər təxliyə edilib.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 17-də “78” telekanalı məlumat yayıb.

“ABŞ-dan 21 obyektin minalanması ilə bağlı mesajlar müxtəlif şəhər qurumlarına e-poçt və telefon vasitəsilə daxil olub”, - nəşr qeyd edib.

Bildirilir ki, mesajlarda 16 təhsil müəssisəsi və bir pərakəndə satış məntəqəsinidən bəhs edilib.

Daxil olan məlumat əsasında iki binadan insanların dərhal təxliyyəsi barədə qərar qəbul edilib. Hərtərəfli yoxlamadan sonra polis heç bir partlayıcı qurğunun tapılmadığını bildirib.

QAZİLER.AZ

Diaspora